EN

Dağıstanda 1100-ə yaxın ev su altında qalıb

Bakı. Trend:

Dağıstanda 8 yaşayış məntəqəsində 1 091 yaşayış evi, 1146həyətyanı sahə və 70 yol hələ də su altında qalıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə HallarNazirliyi məlumat yayıb.

Martın 28-29-u və aprelin 5-də yağan leysan yağışlar nəticəsindəDağıstanda torpaq sürüşmələri və daşqınlar baş verib, yollara vəkörpülərə ciddi ziyan dəyib. Leysan yağışları eyni zamanda yüzlərləevlərin su basmasına, su və elektrik təchizatında fasilələrə səbəbolub.

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hidrolojivəziyyətin fasiləsiz monitorinqi aparılır, suyun kənarlaşdırılmasıüzrə işlər təşkil edilib. Xilasedicilər zərərçəkənlərə yardımgöstərir, ərzaq və zəruri tələbat malları çatdırırlar. Suyunçəkildiyi ərazilərdə isə fövqəladə xidmətlər digər işlərə başlayıb– suyun çəkilməsi, ərazilərin təmizlənməsi və tullantılarındaşınması, dezinfeksiya və sanitariya işləri aparılır.

Məqalədə:
Chosen
23
az.trend.az

1Sources