EN

Möcüzə! 7-ci mərtəbədən yıxılan uşaq SAĞ QALDI – VİDEO

Soçidə uşaq yarımçıq tikilinin yeddinci mərtəbəsindən yıxılaraq sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Soçidə fövqəladə hadisə qeydə alınıb. Yarımçıq tikili binanın yeddinci mərtəbəsindən yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb.

Xilasedicilər uşağı binanın çətin keçilə bilən yerindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hazırda uşağın vəziyyəti ilə bağlı araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources