EN

Biləsuvarda iki yol qəzası - Xəsarət alanlar var

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonu ərazisində iki yol qəzası olub.

Hafta.az xəbər verir ki, ilk yol qəzası Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, rayonun Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Rövşən Abbasovun idarə etdiyi motosiklet maneəyə çırpılıb. Nəticədə, o, müxtəlif bədən xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb.

Digər hadisə isə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasına yerləşdirilib.

Chosen
39
2
hafta.az

5Sources