EN

Yekaterinburqdakı həbsxanada azərbaycanlılarla bağlı yoxlama aparıldı

Yekaterinburqda yerləşən 10 saylı islah müəssisəsində (İK-10) Azərbaycan vətəndaşları ilə bağlı yoxlama həyata keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun vitse-konsulu Elnur Abdullayev cəzaçəkmə müəssisəsində saxlanılan soydaşlarımızla görüş keçirib.

Diplomat yoxlama zamanı məhbusların saxlanma şəraiti ilə tanış olub, onların məişət vəziyyətini, qidalanma səviyyəsini və tibbi xidmətin keyfiyyətini qiymətləndirib.

Görüşün əsas məqsədi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunub-qorunmadığını yerində araşdırmaq və mövcud vəziyyət barədə məlumat toplamaq olub.

Musavat.com

Chosen
44
musavat.com

1Sources