EN

Tramp Netanyahudan xahiş etdi

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tramp Netanyahuya Livanda bombardmanları azaltmağı xahiş edib.

Modern.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Livanda həyata keçirilən hücumların intensivliyinin azaldılmasını istəyib.

NBC telekanalının ABŞ administrasiyasındakı yüksək vəzifəli rəsmiyə istinadən yaydığı məlumata görə, bu xahiş İranla aparılan danışıqlara mane olmamaq məqsədi daşıyıb.

Bildirilib ki, rəsmi Vaşinqton və Təl-Əviv atəşkəs rejiminin Livanı əhatə etmədiyini desə də, İsrail “faydalı tərəfdaş” olmağa razılaşıb.

Məlumata görə, telefon danışığı Netanyahunun Livana qarşı hücumları tam gücü ilə davam etdirəcəyini açıq şəkildə bəyan etməsindən sonra baş tutub.

Qeyd edək ki, İran rəsmiləri bu hücumlara cavab veriləcəyi və atəşkəsin pozula biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
modern.az

2Sources