EN

"Məqsəd bununla qorxu yaratmaqdır"

"Türkiyədə hər gün məşhurların tutulması ilə bağlı xəbərlər artıq bezdirib. Belə xəbərlər yorucudur, heç bir marağı və təsiri yoxdur. Guya ki, məşhurlar üzərindən belə bir mesaj verirlər: “Məşhursansa belə, toxunulmaz deyilsən”. Çox güman ki, məqsəd bu mesajı ötürərək qorxu yaratmaqdır".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bir müddətdir Türkiyədə məşhurların narkotik əməliyyatı çərçivəsində saxlanılması məsələsini tənqid edib:

"Guya psixoloji təsir yaradırlar: gənclər üçün “cool” görünməsin, qorxu və çəkindirmə effekti formalaşsın. Eyni zamanda ictimai diqqəti yönləndirmək məqsədi də daşıyır (siyasi aspekt də ola bilər), amma özləri də istəmədən reklam etmiş kimi olurlar. Bəzən belə əməliyyatlar gündəmdəki digər problemlərdən diqqəti yayındırmaq məqsədilə də edilir. Məşhur adı varsa, xəbər yayılır, reytinq artır, sosial mediada viral olur. Seriallarda da mövzu əsasən qadağan olunmuş maddələr üzərində qurulur. Guya mübarizə aparırlar, amma əslində reklam etmiş olurlar.

Chosen
20
1
publika.az

2Sources