EN

“Səudiyyə Hava Yolları” şirkəti bəzi istiqamətlər üzrə uçuşları qismən bərpa edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 9 aprel, AZƏRTAC

“Səudiyyə Hava Yolları” (Saudia Airlines) şirkəti aprelin 11-dən etibarən bəzi istiqamətlər üzrə uçuşları qismən bərpa edir.

AZƏRTAC “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu çərçivədə Dubay, Əbu-Dabi və Əmman şəhərlərinə və əksinə istiqamətlər üzrə gündəlik reyslərin həyata keçirilməsi planlaşdırılır.

Şirkət sərnişinlərə hava limanına yollanmadan əvvəl uçuşlarının statusunu yoxlamağı tövsiyə edib. Eyni zamanda, əlavə yeniliklərin rəsmi kommunikasiya kanalları vasitəsilə açıqlanacağı bildirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
4
azertag.az

5Sources