EN

"Uzak şehir"in çəkilişləri dayandırıldı

Türkiyədə böyük izləyicisi olan “Uzak şehir” serialının çəkilişləri dayandırılıb. Metbuat.az xəbər verir ki, buna səbəb serialın baş rollarından birinin ifaçısı olan Sinem Ünsal barəsində saxlanılma qərarının verilməsidir. Məlumata görə, o, məşhurlara yönəlik narkotik əməliyyatı çərçivəsində polisə çağırılıb. Bildirilir ki, aktrisa bununla bağlı İstanbula gedib.

Şirkət hələ rəsmi açıqlama verməsə də, çəkiliş meydançasından gələn məlumatlara görə, çəkilişlər müvəqqəti olaraq dayandırılıb.

Chosen
26
7
metbuat.az

8Sources