EN

Hörmüz boğazı hər kəs üçün açıqdır – İran xarici işlər nazirinin müavini

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib ki, Hörmüz boğazı açıqdır və istənilən ölkənin gəmiləri müəyyən şərtlər daxilində oradan keçə bilər. “(Hörmüz boğazı açıqdır. Hər kəs üçün – İrandan icazə almış və İran hakimiyyəti ilə əlaqədə olan hər kəs üçün.” – Xətibzadə deyib.

Jurnalistlərin ABŞ gəmilərinin Hörmüz boğazından keçmə ehtimalı ilə bağlı suallarını cavablandıran İran xarici işlər nazirinin müavini “heç bir fərq olmadığını” vurğulayıb. Lakin əlavə etdi ki, Amerika gəmiləri “düşmən davranışı” olmadığı təqdirdə tranzit edə biləcəklər.

Diplomat boğazdan keçmək üçün İranla əlaqələndirmə tələb edən bir sıra texniki məhdudiyyətlərin olduğunu aydınlaşdırıb. Bir gün əvvəl ABŞ və İranın atəşkəs razılaşmasına çatdıqları və Hörmüz boğazının iki həftə müddətinə açılacağı bildirilib. Çərşənbə günü Tehran su yolunun blokadasının qaldırıldığını elan edib.

//Samir Qurbanov, Editor.az

Chosen
44
editor.az

1Sources