EN

İnsanın tək gözü olub və bu əzada yerləşib

İnsan da daxil olmaqla, onurğalı heyvanların gözləri təxminən 600 milyon il əvvəl başlamış mürəkkəb təkamül nəticəsində formalaşıb.

Publika.az "The Conversation" portalına istinadla xəbər verir ki, bu qənaətə onlarla heyvan qrupunun görmə orqanlarının inkişafını öyrənən tədqiqatçılar gəliblər.

Alimlər uzun müddətdir ki, onurğalıların gözlərinin həm hüceyrə quruluşuna, həm də inkişafına görə onurğasızların gözlərindən prinsipial olaraq fərqləndiyini bilirdilər. Lakin bu fərqlərin səbəbləri qeyri-müəyyən qalırdı.

Yeni tədqiqatın müəllifləri 36 iri heyvan qrupunu analiz edərək bir qanunauyğunluq aşkar ediblər: onlarda işığa həssas hüceyrələr iki yerdə — başın yan tərəflərində və mərkəzdə, beynin üzərində yerləşir. Bu zaman yan strukturlar hərəkət və oriyentasiyaya, mərkəzi strukturlar isə gecə-gündüzün qavranılmasına və məkandakı mövqeyə cavabdehdir.

Bu məlumatlar əsasında alimlər görmənin təkamülünü yenidən qurublar. Onların fikrincə, bütün ikitərəfli simmetriyalı heyvanların ümumi əcdadı olan qurdabənzər məsuluq başlanğıcda hər iki tip işığa həssas struktura malik olub.

Chosen
18
publika.az

1Sources