EN

“Barselona”dan UEFA ya sərt bəyanat

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Barselona” Çempionlar Liqasının 1/4 finalında “Atletiko Madrid”ə qarşı keçirilən matçdakı hakim və VAR qərarlarına görə UEFA-ya rəsmi şikayət ünvanlayıb.

​Futbolpress.az xəbər verir ki, klub bununla bağlı rəsmi bəyanat yayıb.

Kataloniya təmsilçisinin hüquq xidməti matçdan dərhal sonra hərəkətə keçib. Katalonlar hesab edir ki, qarşılaşmadakı hakim idarəçiliyi mövcud qaydalara zidd olub və oyunun nəticəsinə birbaşa mənfi təsir göstərib.

Şikayətin mərkəzində konkret bir epizod dayanır. Bəyanatda bildirilir ki, matçın 54-cü dəqiqəsində rəqib futbolçu öz cərimə meydançasında topla əllə oynasa da, hakim qayda pozuntusunu qeydə almayıb. Ən əsası isə, bu epizodda VAR sisteminin müdaxilə etməməsi “Barselona” tərəfindən çox “ciddi və kobud səhv” kimi qiymətləndirilib.

İspaniya nəhəngi baş verənlərlə bağlı UEFA rəhbərliyindən konkret addımlar gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
futbolpress.az

1Sources