Məşhur alman aktyor Mario Adorf 95 yaşında vəfat edib.
“Hakimiyyet.az ” xəbər verir ki, bu barədə “Bild” nəşri onun meneceri Maykl Starka istinadən məlumat yayıb.
Aktyorun qısamüddətli xəstəlikdən sonra Parisdəki mənzilində vəfat etdiyi bildirilir.
Qeyd edək ki, M, Adorf 8 sentyabr 1930-cu ildə Sürixdə anadan olub. Filmlərdə və seriallarda 200-dən çox rol oynayıb.
Onun ən məşhur rollarına “Smillanın qar hissi”, “On zənci balası”, “Qalay nağara” filmləri daxildir.