EN

yazdı, problem həllini tapdı FOTO

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 02 aprel 2026-cı il tarixdə Bakıvaxtı.az saytında “Bakı-Sumqayıt yolunda dəmir arakəsmə ÖLÜM SAÇIR” başlıqlı məqalə dərc olunub. Məqalədə diqqətlərə ərz edilib: 

“Bakı-Sumqayıt yolunda, “Abşeron” Gənclər şəhəricyinin qarşısında dəmir arakəsmə təhlükə saçır. Bakıvaxtı.az xatırladır ki, bir müddət öncə həmin hissədə avtomobil qəzası baş verib və nəticədə dəmir arakəsmə yararsız hala düşüb. Belə ki, arakəsmənin dirəkləri önə əyilərək, ən azı 50-60 santimetr qabağa çıxıb. Bu isə sürücülər üçün olduqca böyük təhlükə, risk vəd edir”.

Qeyd edək ki, aidiyyəti qurumların Bakıvaxtı.az-da dərc olunan məlumatla bağlı reaksiyası özünü çox gözlətməyib. Belə ki, qeyd olunan dəmir arakəsmə bərpa olunub və bununla da sürücülər dəhşətli təhlükədən can qurtarıblar.  Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
bakivaxti.az

1Sources