"Sözüm İranın cənub qonşularınadır.Siz bir möcüzənin şahidi olursunuz. Ona görə də aydın görün, düzgün başa düşün, mövqeyinizdə qalın və şeytanın yalan vədlərinə şübhə ilə yanaşın. Biz hələ də qardaşlığımızı və xoşməramlılığımızı göstərmək üçün sizdən adekvat cavab gözləyirik".
Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Müctəba Xamenei xalqa müraciətində deyib:
Onun sözlərinə görə, cənub ölkələri onları alçaltmaq və istismar etmək istəyən təkəbbürlü qüvvələri rədd etməlidir: "İran dəyən hər bir zərərə, bu müharibənin şəhidlərinin və veteranlarının qanına görə təzminat tələb edəcək. Bz Hörmüz boğazının idarə olunmasını mütləq yeni səviyyəyə qaldıracağıq. Biz müharibə istəmirik, amma heç vaxt qanuni hüquqlarımızdan imtina etməyəcəyik və bu baxımdan bütün müqavimət cəbhəsinə bütövlükdə baxırıq".