EN

"Cəbrayıl şəhidləri" kitabının təqdimatı olacaq



Azərbaycanın ərazi bütövlüyü və torpaqlarının azad olunması uğrunda canlarını fəda etmiş Cəbrayıl rayonundan olan şəhidlərdən bəhs edən kitab işıq üzü görüb.

Newscenter.az xəbər verir ki, kitabın müəllifi Cəbrayıl rayonundan olan yazıçı-publisist, şairə, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşovadır.

Aprelin 16-da "Cəbrayıl şəhidləri" adlı kitabın təqdimat mərasimi keçiriləcək. Təqdimat Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsində baş tutacaq.

Anar
Chosen
10
1
newscenter.az

2Sources