EN

Putin Ukraynada atəşkəs elan etdi

Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib.Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, atəşkəs aprelin 11-i saat 16:00-dan 12 aprel günün sonunadək qüvvədə olacaq. Moskva Ukrayna tərəfinin də bu addımı dəstəkləyəcəyini gözləyir.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri atəşkəs dövründə əməliyyatları dayandıracaq, eyni zamanda cavab tədbirlərinə hazırlıq saxlanılacaq.

Chosen
49
25
metbuat.az

10Sources