EN

Barış Alper: “Bizi asanlıqla yıxa bilməzlər”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasının lideri “Qalatasaray” təxirə salınmış matçda “Göztəpə”ni 3:1 hesabı ilə məğlub edərək vacib 3 xal qazanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmaya kapitan sarğısı ilə çıxan Barış Alper Yılmaz oyundan sonra səmimi açıqlamaları ilə diqqət çəkib.

​Karyerasında ilk dəfə komandanı meydana kapitan kimi çıxaran Barış Alper bu qüruru belə ifadə edib:

​”Kapitan kimi meydana çıxdığım üçün çox xoşbəxtəm. Böyük məsuliyyətim var və məni heç nə həvəsdən sala bilməz. Özümə çox yaxşı baxıram. Forvard oynamağı da sevirəm, artıq 5 qolum oldu. Əsas odur ki, komandama töhfə verim.”

​Ötən turdakı “Trabzonspor” məğlubiyyətini “nəzər muncuğu” adlandıran ulduz futbolçu nəticənin onları daha da gücləndirdiyini bildirib:

“Futbolda dünən yoxdur, amma keçən matçdakı nəticə bizi həqiqətən üzmüşdü. Komanda olaraq danışdıq, bu günə və sabaha kökləndik. Könül istər ki, həmişə qazanaq, amma o məğlubiyyət nəzər muncuğu oldu və bizi daha da alovlandırdı. Kənar səslərə qulaq asmırıq, ancaq özümüzə baxırıq.”

​Komanda yoldaşı Mauro İkardi haqqında da yüksək fikirlər səsləndirən Barış klubdakı ailə mühitini vurğulayıb:

“Hələ heç nə bitməyib, qarşıda çox oyun var. Böyük bir ailəyik və bizi asanlıqla yıxa bilməzlər. Mauro İkardi isə çox xüsusi biridir, o, bütöv bir nəsli “Qalatasaray” azarkeşi etdi.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
futbolpress.az

1Sources