EN

Səudiyyə Ərəbistanı: Enerji obyektlərinə edilən hücumlar günlük 700 min barel neft itkisinə səbəb olub

BAKI, 10 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanında enerji obyektlərinə edilən hücumlar səbəbindən neft hasilatı qismən dayandırılıb və Şərq-Qərb neft kəmərindəki nasos stansiyasının zədələnməsi nəticəsində gündə təxminən 700.000 barel neft itkisi qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Enerji Nazirliyinə məlumat yayıb.

Bildirilib ki, hücumlar paytaxt Ər-Riyad, Şərq bölgəsi və Yanbu Sənaye Bölgəsindəki obyektləri hədəflərə edilib.

Nəticədə Səudiyyə Enerji Şirkətininişçilərindən biri ölüb, yeddisi yaralanıb.

Məlumata görə, hücumlar enerji sisteminə qoşulmuş əsas obyektlərdə bəzi əməliyyat pozuntularına səbəb olub.

Qeyd edilib ki, bu boru kəməri həmin dövrdə qlobal bazarlara neft tədarükünün əsas marşrutu olub.

Chosen
57
teleqraf.com

1Sources