EN

Süfrənizdən uzaq tutun: Baş ağrısını bu qidalar artırır

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Yazın gəlişi ilə çoxalan baş ağrıları və miqren tutmaları bir çox insan üçün dözülməz hala çevrilir. Hava temperaturunun qəfil dəyişməsi, atmosfer təzyiqindəki oynamalar və günlərin uzanması mərkəzi sinir sisteminə birbaşa təsir edərək ağrıları üzə çıxarır.Nevroloq Asarat Kambarova bildirir ki, hətta yaz allergiyası belə miqrenin əsas səbəblərindən birinə çevrilə bilər. Lakin bəzi vərdişləri dəyişməklə bu sancıların şiddətini dərmanlarsız da azaltmaq mümkündür.

Onun fikrincə, ilk növbədə qidalanma rejiminə ciddi düzəliş edilməlidir:"Tərkibində kofein olan içkilər, spirtli içki, fastfud və qlutamat natriumlu qidalar beyin damarlarını qıcıqlandıraraq ağrını artırır. Bunların əvəzinə gündəlik 7-8 saatlıq keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik ön plana çıxmalıdır. Həftədə 3-4 dəfə yarım saatlıq yürüş və ya üzgüçülük bədənin gərginliyini götürərək tutmaların sayını minimuma endirir".

Həkimlər ağrının gedişatını izləmək üçün xüsusi gündəlik tutmağı da tövsiyə edirlər. Bu gündəlikdə ağrının vaxtı, ona səbəb olan qidalar, hava şəraiti və yanaşı gedən ürəkbulanma kimi hallar qeyd olunmalıdır. Bu məlumatlar sonradan müalicənin effektivliyini artırmaq üçün vacibdir. Bəzi hallarda akupunkturanın faydası olsa da, maqnezium və ya melatonin kimi əlavələrin miqrenə təsiri hələlik elmi baxımdan tam sübut olunmayıb.

Bununla belə, bəzi əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Xüsusilə 50 yaşdan yuxarı şəxslərdə qəfil başlayan kəskin ağrılar, nitqin pozulması, görmənin dumanlanması, ətraflarda zəiflik və yüksək qızdırma ciddi təhlükədən xəbər verə bilər. Belə vəziyyətlərdə miqrenin adi yaz fəsadı olmadığını anlamaq və peşəkar kömək almaq həyati əhəmiyyət daşıyır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
demokrat.az

2Sources