EN

Tramp İranı razılaşmanı pozmaqda günahlandırdı

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı əldə olunmuş razılaşmanın şərtlərinə əməl etmədiyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə aprelin 9-da özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Amerika liderinin sözlərinə görə, Tehran bu strateji əhəmiyyətli su arteriyası vasitəsilə neft tədarükünün təmin edilməsi öhdəliyinin öhdəsindən çox pis gəlir. Tramp vurğulayıb ki, mövcud vəziyyət tərəflərin daha əvvəl əldə etdiyi razılaşmaya uyğun deyil. O, mümkün nəticələr və ya Vaşinqtonun yeni addımları barədə hər hansı təfərrüat açıqlamayıb.

Xatırladaq ki, aprelin 8-də tərəflər arasında atəşkəs imzalanıb və bu razılaşmanın əsas şərtlərindən biri Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası olub. Lakin tərəflər müntəzəm olaraq bir-birini razılaşmaları pozmaqda ittiham edirlər.

Chosen
87
publika.az

1Sources