Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin 2026-cı ildə ÜDM-in 5,3 %-i səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu barədə "Report" Asiya İnkişaf Bankının (ADB) "Asiyanın İnkişaf Perspektivləri" adlı aprel icmalına istinadən xəbər verir. Gözləntilər bu il neft qiymətlərinin artması ilə əlaqədardır.
"2027-ci ildə ixrac gəlirlərinin azalması fonunda cari əməliyyatlar hesabı profisitinin ÜDM-in 3,5 %-dək azalması gözlənilir", - hesabatda qeyd olunub.
2025-ci ilin yekunlarına görə, bu göstərici 3,475 milyard ABŞ dolları səviyyəsində qeydə alınıb, bu da ÜDM-in 4,6 %-nə bərabərdir.
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini 2026-cı ildə ÜDM-in 6,5 %-i, 2027-ci ildə isə 1,7 %-i səviyyəsində qiymətləndirir.
"Moody's" beynəlxalq reytinq agentliyi cari hesabın profisitini 2026-cı ildə ÜDM-in 5 %-i, növbəti il isə ÜDM-in 5,2 %-i həcmində proqnozlaşdırır.