
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova vəzifəsindən ayrılıb.
Bu barədə o, şəxsi açıqlamasında məlumat verib. Bildirib ki, 10 ildən artıq müddətdə çalışdığı universitetdəki vəzifəsindən öz istəyi ilə ayrılmaq qərarı verib.
Qeyd olunub ki, bu illər ərzində keçdiyi peşə yolu onun üçün yalnız iş fəaliyyəti deyil, həm də zəngin təcrübə və tibb sahəsinin peşəkarları ilə əməkdaşlıq baxımından mühüm mərhələ olub.
O, açıqlamasında başda universitet rəhbərliyi olmaqla, bütün kollektivə və əməkdaşlıq etdiyi media nümayəndələrinə təşəkkürünü ifadə edib.