EN

İsrail Livan sərhədində PUA-ların peyda olmasından narahatdır

İsrail Livan sərhədində PUA-ların peyda olmasından narahatdır

İsrail Livanla sərhəd yaxınlığında hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olduğunu bildirib.

AFN.az "Ynet" portalına istinadən xəbər verir ki, hökumət bu barədə əhali üçün xəbərdarlıq yayıb.

Məlumata görə, hava həyəcanı siqnalları Qərbi Qalileydə, xüsusən də Manot və Avdon yaşayış məntəqələrində səslənib. Yerli sakinlərə dərhal sığınacaqlara keçmək barədə göstəriş verilib.

İsrail Müdafiə Ordusu (SAXAL) hələlik PUA-ların sayı və ya zərərsizləşdirilib-zərərsizləşdirilməməsi ilə bağlı rəsmi şərh verməyib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Chosen
35
afn.az

1Sources