Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dünya futbol ulduzu Kristiano Ronaldonun məşq görüntüləri yenidən gündəm olub.
Milli.Az xəbər verir ki, ulduz futbolçunun son məşq görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq izləyicilərin marağına səbəb olub. Xüsusilə onun ayaq məşqləri diqqət çəkib.
Paylaşılan kadrlarda Ronaldonun fiziki forması və güclü əzələləri açıq şəkildə görünür. İzləyicilər onun illərə meydan oxuyan performansını yüksək qiymətləndiriblər.
Sosial şəbəkə istifadəçiləri məşhur futbolçunun nizam-intizamı və davamlı məşqlərinin nəticəsi olaraq bu formada qaldığını qeyd ediblər. Bir çoxları onun "qocalmaq bilməyən ulduz" olduğunu vurğulayıblar.
7 milyondan çox bəyənmə alan görüntülər futbolsevərlər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.