EN

İran atəşkəsin pozula biləcəyi barədə xəbərdarlıq edib: “Raketlər buraxılışa hazırdır”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran rəsmisi Yaxın Şərqdə atəşkəsin tezliklə pozula biləcəyi barədə xəbərdarlıq edib. Bildirilib ki, əgər İsrail Livan ərazisinə zərbələri davam etdirərsə, mövcud vəziyyət sürətlə gərginləşə bilər.

Bizimyol.info xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın müşaviri Mehdi Məhəmmədi bəyan edib ki, hücumların davam etməsi bütün diplomatik səyləri təhlükə altına qoyur.

O, “X” sosial şəbəkəsində paylaşımında “cəmi bir neçə saat qalıb” deyərək əlavə edib: “Livan ərazisində İsrail tam şəkildə cilovlanmadan nə atəşkəs, nə də danışıqlar mümkün olacaq və raketlər buraxılışa hazırdır”, - deyə qeyd edib.

Məhəmmədinin sözlərinə görə, Livana endirilən zərbələrin davam etməsi atəşkəs rejiminin qorunmasını mümkünsüz edir və danışıqların perspektivlərini zəiflədir.

Ekspertlər qeyd edirlər ki, bu cür açıqlamalar regionda gərginliyin yüksək səviyyədə olduğunu və davam edən diplomatik səylərə baxmayaraq yeni eskalasiya riskinin artdığını göstərir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
icma.az

1Sources