EN

Sənin nəfəsin kəsiləndə belim qırıldı, ana

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Xuraman Şuşalı mərhum anası Gülbəs xanımla bağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, ifaçı anasının ölüm ildönümü olduğunu bildirərək bunları yazıb:

"Bu gecə o gecədir ki, səni buraxdım, ana... Sən komada olanda hər gün səni Allaha əmanət edirdim ki, səni əlimdən almasın. Bilirdim ki, Allah əmanətə xəyanət etməz. Ancaq sənin boğazından su belə keçmədiyini görəndə düşündüm ki, sənə əziyyət verirəm. Anamın nəfəsi gəlib-getsə də, rahatlığı yox idi. Onda dedim: “Ay Allah, daha sənə əmanət etmirəm, özün nə yaxşıdırsa, onu qərar ver...” Ancaq sənə görə səni buraxdım, ana... Sənin nəfəsin kəsiləndə mənim belim qırıldı, ana... Çox gücsüz birinə döndüm. İnşallah ki, ruhun rahatdır... Ancaq mən sənsiz çox yarımçığam, ana... Sənin qoxunu, sığalını, gülüşünü o qədər istəyirəm ki...".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
axsam.az

1Sources