"Dinamo"nun (Buxarest) yeni inşa edilən arenası əfsanəvi mütəxəssis Mirça Luçeskunun adını daşıyacaq.

Offsideplus.az xəbər verir ki, köhnə stadionun yerində ucalacaq müasir kompleksin adı "Dinamo Mirça Luçesku" olacaq.

Qeyd edək ki, M. Luçesku ötən günlərdə dünyasını dəyişib. Onun futbolçu karyerasının böyük hissəsi "Dinamo"da keçib.

Eyni zamanda 1985-90-ci illər arasında Buxarest təmsilçisini çalışdırıb.