EN

Dərman vurulan çiyələklər görün nə hala düşdü VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda dərman vurulduğu iddia edilən çiyələklərin qeyri-adi vəziyyətə düşdüyü görünür.

Milli.Az xəbər verir ki, yayılan videoda meyvələrin rənginin dəyişərək ağarması diqqət çəkib. İddialara görə, bu hal çiyələklərə vurulan kimyəvi maddələrin təsiri nəticəsində baş verib. Görüntülər istifadəçilər arasında narahatlıq yaradıb və məhsulların təhlükəsizliyi ilə bağlı suallar doğurub.

Mövzu qısa zamanda sosial mediada geniş yayılıb və müxtəlif rəylərə səbəb olub. Bəzi istifadəçilər bunun pestisid və ya digər aqrokimyəvi maddələrin təsiri olduğunu qeyd etsə də, digərləri görüntülərin həqiqiliyinin araşdırılmalı olduğunu bildirir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
8
news.milli.az

10Sources