EN

UEFA “Barselona” – “Atletiko” oyununun hakimi barədə qərar verdi

UEFA “Barselona” – “Atletiko” (Madrid) oyununun hakimi İstvan Kovaçla bağlı daxili qərarını artıq verib.

NOCOMMENT.az xəbər verir ki, rumıniyalı referi Çempionlar Liqasının cari mövsümünün qalan hissəsində oyun idarə etməyəcək.

Avropada onun üçün qapılar bağlansa da, FİFA referini 2026-cı il Dünya Çempionatının hakim siyahısına daxil edib.

Qeyd edək ki, “Barselona” və “Atletiko” arasındakı ilk matç Madrid təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Chosen
9
2
nocomment.az

3Sources