EN

Ödəniş təşkilatı “Multi Solutions” kapitalını yarım milyon manata yaxın azaldır

“Multi Solutions” MMC-nin nizamnamə kapitalı azaldılır.

Banker.az xəbər verir ki, “Multi Solutions”  Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 1 220 110 manat məbləğdən 750 110 manat məbləğə azaldığını elan edir.

Belə ki, şirkətin nizamnamə kapitalı 470 000 manat azaldılıb.

Xatırladaq ki, “Multi Solutions” MMC ödəniş xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkət Mərkəzi Bank tərəfindən verilmiş ÖT-004 nömrəli lisenziya əsasında ödəniş əməliyyatlarının ekvayrinqi, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətləri göstərir. Lisenziya 28 avqust 2024-cü il tarixində təqdim edilib.

Chosen
16
banker.az

1Sources