EN

NBA: “Boston Seltiks”in 4 oyunluq qələbə seriyası başa çatıb

Bakı, 10 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha altı qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, səfərdə “Nyu-York Niks”ə 106:112 hesabı ilə uduzan “Boston Seltiks”in müntəzəm mövsümdə dörd oyunluq qələbə seriyası başa çatıb. Qalib komandanın heyətində ən məhsuldar oyunçu 26 xalla Coş Hart olub. Ceylen Branson 25 xal və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Karl-Entoni Tauns 16, O Ci Anunobi isə 13 xal toplayıb.

Qonaqlardan isə Ceyson Teytum 24, Peyton Priçard 23, Beylor Şayerman 20, Nikola Vuçeviç və Neemyaş Keta hərəyə 10 xalla fərqləniblər.

Hazırda “Boston Seltiks” Şərq Konfransının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Nyu-York Niks” isə üçüncü yerdədir.

Matçların nəticələri

“Vaşinqton Uizards” - “Çikaqo Bullz” – 108:119

“Nyu-York Niks” - “Boston Seltiks” – 112:106

“Bruklin Nets” - “İndiana Peysers” – 94:123

“Hyuston Rokets” - “Filadelfiya” – 113:102

“Toronto Reptors” - “Mayami Hit” – 128:114

“Qolden Steyt Uarriors” - “Los-Anceles Leykers” – 103:119.

Chosen
14
1
azertag.az

2Sources