EN

“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!

Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edənhesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəətvergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahidbəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergiəməliyyatları məhz bu ay həyata keçirilməlidir.

Vergi ödəyiciləri üçün vacib olan səmərəliliyi isə SİMA rəqəmsalimza öz innovativ həlləri ilə təmin edir. Hazırda “SİMA İmza” iləbütün vergi xidmətləri əlçatandır ki, bu da hesabatların təqdimolunması, müraciətlərin göndərilməsi, sənədlərin təsdiqlənməsi vədigər vacib əməliyyatların operativ şəkildə həyata keçirilməsinəşərait yaradır.

SİMA rəqəmsal imzanı ilk dəfə əldə edən sahibkarlar vəkommersiya qurumları qeydiyyat zamanı 6AYPULSUZpromokodunu daxil edərək, ilk 6 ay ərzində xidmətdən tamamiləödənişsiz yararlana bilirlər. Güzəştli müddət bitdikdən sonra aylıqabunəhaqqı 2.40 AZN və ya 3 illik alışda isə cəmi 55 AZN təşkiledir.

Ənənəvi elektron imzalardan fərqli olaraq, “SİMA İmza” biznessubyektlərinə hər hansı xidmət mərkəzinə getmədən, əlavə sənədtoplamadan və vaxt itirmədən biznes imzası əldə etmək imkanıyaradır. İstifadəçilər sadəcə mobil tətbiqi yükləyərək biometrikeyniləşdirmə vasitəsilə qeydiyyatdan keçir və dərhal biznes imzasertifikatına sahib olurlar.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan“AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza”istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz vəsürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir.Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç birgizli və əlavə xərc yoxdur.

“SİMA İmza” fərdi sahibkar həlli: https://www.youtube.com/watch?v=oQRBHfFqI04

“SİMA İmza” hüquqi şəxs həlli: https://www.youtube.com/watch?v=P_18Rmp-uQo&t=104s

Chosen
6
11
az.trend.az

10Sources