EN

Buxarest “Dinamo”sunun stadionuna Mirça Luçeskunun adı veriləcək

Buxarest “Dinamo”sunun yeni stadionuna Mirça Luçeskunun adı veriləcək.

Apasport.az xəbər verir ki, bu barədə “Mediafax” nəşri məlumat yayıb.

Köhnə arenanın yerində inşa edilən yeni stadion “Dinamo Mirça Luçesku” adlanacaq.

Xatırladaq ki, Mirça Luçesku 80 yaşında vəfat edib.

O, futbolçu karyerasının 12 ilini “Dinamo”ya həsr edib.

Luçesku 1985–1990-cı illərdə Buxarest təmsilçisinin, bir neçə dəfə isə Rumıniya millisinin baş məşqçisi olub.

Chosen
3
5
apa.az

8Sources