Bakı.Trend:
İmtahanlar nə qədər çətin olur-olsun, ali təhsil müəssisələrinəeyni qədər insan qəbul edilir.
Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahanMərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən“Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, imtahan suallarının çətinliyi ətrafındayaranan ajortajın cəmiyyət üçün faydası yoxdur:
"Ayrı-ayrı şəxslər bununla bağlı emosional davranış sərgiləyirvə və cəmiyyətin intahanlar ətrafındakı müzakirəsi düzgünistiqamətdə aparılmır.
DİM hazırda Azərbaycan vətəndaşları haqqında əhatəli informasiyayamalik bir qurumdur. Bu informasiyanın dəyərli bur xəzinə olduğunainanıram. Sovet təhsil sistemində ali təhsil müəssisələrinə qəbulunmüstəqillik illərindən şəffaf təşkil edilməsi Dövlət İmtahanMərkəzinin xalq və dövlət qarşısında nailiyyətidir. Vətəndaşlarınböyük hissəsi bu ədalətli, şəffaf yanaşma sayəsində təhsilmüəssisələrində, dövlət qulluğunda fəaliyətdədir. Təhsildə tətbiqedilmiş dəyişikliklərin nəticələrini tezliklə görmək olur. Təhsildədəyişiklik etməyin ən təsirli yolu imtahanlarda dəyişikliketməkdir", nazir qeyd edib.