EN

TƏCİLİ: Xankəndi ətrafında QALMAQAL Revanşistlər HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xankəndi ətrafında qanunsuz tikililərlə bağlı yaranan qalmaqal erməni revanşist dairələrinin mövqeyini bir daha üzə çıxarıb. Onlar şəhərdə “Analıq” heykəlinin sökülməsini “mədəni irsin məhv edilməsi” qələmə verirlər. Halbuki azad olunmuş ərazilərdə geniş bərpa işləri aparılır, şəhərsalma qaydaları bərpa olunur və işğal dövründə icazəsiz tikilmiş obyektlər mərhələli şəkildə sökülür.

Buna baxmayaraq, 2023-cü il razılaşmalarına zidd olaraq Ermənistan ərazisində keçmiş qondarma rejimin bəzi strukturları fəaliyyətini davam etdirir və təxribat xarakterli məlumatlar yayır. Seçki ərəfəsində isə Robert Köçəryan və Samvel Karapetyan ilə əlaqəli qüvvələr revanşist ritorikanı gücləndirir.

KONKRET.az xəbər verir ki, seçki bloklarında həm Robert Köçəryanın tərəfdarları, həm Samvel Karapetyanın partiyası, həm də digər qüvvələr yer alır.

Belə fonda bəziləri sosial şəbəkələrdə yayılan yazıların Azərbaycana problem yarada biləcəyinə və ya gələcək üçün zəmin formalaşdırdığına inanmaq istəyir.

Lakin reallıq tam fərqlidir. Qarabağ məsələsi artıq qəti şəkildə bağlanıb və Azərbaycan həm hərbi, həm də diplomatik qələbə qazanıb. Yeni aqressiya cəhdi Ermənistanda ümummilli fəlakətə bərabər olar.

Birincisi, siyasi məsuliyyət indi daha yüksəkdir. İkincisi, hərbi vəziyyət 90-cı illərlə müqayisəolunmaz dərəcədə dəyişib. Buna görə “yeni müharibə” Ermənistan üçün ağır nəticələr doğurar.

Üçüncüsü, 2023-cü il razılaşmalarının pozulmasına və keçmiş rejim strukturlarının fəaliyyətinə görə məsuliyyət var. Bu səbəbdən revanşist qüvvələrin fəaliyyəti Bakıdan çox İrəvan üçün təhlükəlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
konkret.az

2Sources