Rusiyada kripto-pul kisəsi haqqında məlumat verməyənləri cərimələr gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyada kriptovalyuta ilə bağlı yeni qaydaların tətbiqi planlaşdırılır. Belə ki, Dövlət Dumasına təqdim olunan qanun layihəsinə əsasən, Rusiya vətəndaşları sahib olduqları kripto-pul kisələri və xarici kriptobirjalardakı hesabları haqqında vergi orqanlarına məlumat verməyə məcbur ediləcəklər.
Ekspertlərin fikrincə, bu öhdəlik hətta kripto-pul kisəsinin aktiv istifadə olunmadığı hallara da şamil ediləcək.
Yeni qanun layihəsi vətəndaşların bu kisələrdəki əməliyyatları barədə də mütəmadi hesabat vermələrini tələb edir.
Kriptobrokerlər qeyd edirlər ki, hazırda Rusiya infrastrukturunda belə məlumatları izləmək texniki cəhətdən mürəkkəb olsa da, bank və vergi tənzimləmələrində dəyişikliklər edildikdən sonra, kripto-pul kisələrini gizlətmək qeyri-mümkün olacaq.
Bu halda, sahiblərin məlumat verməmək üçün heç bir hüquqi çıxış yolu qalmayacaq.
Xuraman Etibarlı
İnterpress.az