EN

“Mançester Siti” 16 yaşlı futbolçu transfer edir

Premyer Liqa nəhəngi “Mançester Siti” heyətini gənc futbolçu ilə gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” “Herta Berlin”in 16 yaşlı yarımmüdafiəçisi Kennet Ayxxornla maraqlanır. Fabrizio Romanonun məlumatına görə, futbolçunun müqaviləsində təxminən 12 milyon avroluq sərbəstqalma maddəsi var.

Gənc oyunçuya Avropanın bir neçə klubu da maraq göstərir.

Chosen
24
idmanxeber.az

1Sources