EN

"Yaxın günlərdə petrol axını olacaq" - Trampdan Hörmüz açıqlaması 

ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media platformasında İranla bağlı açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın Hörmüz boğazından keçən gəmi və tankerlərdən haqq tələb etdiyi ilə bağlı xəbərləri şərh edərək, "Böyük ehtimalla buna son versələr yaxşı olardı. Lakin əgər bunu edirlərsə, dərhal dayandırmalıdırlar", - deyə xəbərdarlıq edib.

Digər bir paylaşımında "Wall Street Journal" qəzetinin özünün "İranla bağlı zəfəri vaxtından əvvəl elan etdiyini" yazdığını xatırladan Tramp, "Bu, əsl zəfərdir və burada "vaxtından əvvəl" deməyə heç bir əsas yoxdur. Mənim sayəmdə İran əsla nüvə silahına sahib olmayacaq və çox yaxında, İranın köməyi olsun və ya olmasın, neft axınının başladığını görəcəksiniz. Mənim üçün hər iki seçim də fərq etmir" - ifadələrini işlədib.

Tramp "Wall Street Journal"ın həmişəki kimi yazdıqlarını geri götürməyə məcbur olacağını irəli sürərək, "Həmişə tənqid etməyə hazırdırlar, amma səhv etdiklərini heç vaxt qəbul etməzlər, bu da çox vaxt baş verir" - deyib.

Chosen
12
manset.az

1Sources