EN

3 ayda 23 kişi zorakılığa məruz qalıb - Rəsmi

2026-cı ilin ilk 3 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında məişət zorakılığı ilə əlaqədar 29 qısamüdətli mühafizə orderi verilib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, 2026-cı ilin ilk 3 ayı ərzində komitəyə məişət zorakılığı ilə bağlı 134 müraciət daxil olub.

Müraciət edənlərin 23-ü kişi, 106-sı qadın, 5-i uşaqdır.

Komitənin bildirdiyinə görə, 23 kişinin müraicəti övladları, psixoloji, iqtisadi zorakılığa məruz qalmaqları haqda olub. Onların heç biri fiziki zorakılıqla bağlı müraciət etməyib.

Sorğuya cavabda vurğulanıb ki, 134 müraciətin 31-i psixi, 9-u iqtisadi, 93-ü fiziki, 1-i cinsi zorakılıqla bağlı olub.

Müraciətlərin hər biri aidiyyəti dövlət qurumlarına yönləndirilib. Komitənin müraciəti əsasında 29 qısamüdətli mühafiz orderi verilib.


Telegram kanalımız
Chosen
14
1
yenisabah.az

2Sources