EN

“Elektron müqavilə sistemi şəffaflığı artıracaq”-Eyyub Kərimli

Dövlət satınalmalarında elektron müqavilə sisteminin tətbiqi əməliyyatların daha operativ və şəffaf şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradacaq. Bu yanaşma həm də proseslərin daha effektiv izlənməsinə və nəzarətin gücləndirilməsinə xidmət edir.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli QHT.az saytına açıqlamasında bildirib ki, elektron müqavilə sisteminin tətbiqi monitorinq prosesinin daha şəffaf formada həyata keçirilməsinə şərait yaradacaq. Onun sözlərinə görə, bu sistem vasitəsilə görülən işlərə nəzarət daha sistemli və operativ olacaq.

Beynəlxalq təcrübədə də elektron sistemlərin tətbiqi dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin artırılmasına mühüm töhfə verir. Bu cür sistemlər xərclərin daha dəqiq izlənməsinə və optimallaşdırılmasına imkan yaradır.

Eyyub Kərimli qeyd edib ki, elektron müqavilə sistemi vahid məlumat bazasının formalaşmasına şərait yaradacaq. Bu baza çərçivəsində satınalma sahəsində həyata keçirilən bütün münasibətlər bir mərkəzdə toplanacaq və daha yaxından izlənəcək.

Onun fikrincə, bu yanaşma gələcəkdə dövlət vəsaitlərinin daha səmərəli və şəffaf xərclənməsinə, eyni zamanda neqativ halların qarşısının alınmasına ciddi təsir göstərəcək.

Zəhra Ağayeva 

Chosen
38
qht.az

1Sources