EN

10 ildən sonra ilk: Çin-Tayvan xəttində tarixi görüş

Çin və Tayvan arasında təxminən on ildən sonra kritik təmas baş verib.

Publika.az “The Guardian”a istinadən xəbər verir ki, Çin lideri Si Cinpin Pekində Tayvan müxalifətinin lideri Çenq Li-vunu qəbul edib.

Görüş zamanı Si Cinpin Tayvan boğazının hər iki tərəfindəki xalqın sülhə və əməkdaşlığa ehtiyacı olduğunu vurğulayıb və iki tərəfin yenidən bir araya gələcəyinə inamını ifadə edib.

Həmçinin Nankindəki Sun Yat-sen məqbərəsini ziyarət edərkən Çenq diqqətəlayiq mesajlar verib. Onun Tayvan boğazında "barışıq" və "birlik" vəd edən açıqlaması Pekinlə dialoq üçün bir siqnal kimi şərh edilib.

Chosen
6
publika.az

1Sources