EN

İrana qarşı əməliyyatlardan sonra ABŞ hərbçilərinin itkiləriAÇIQLANDI

İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri 381 ABŞ hərbçisi yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Military Times” nəşri Pentaqona istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlardan 346 nəfər döyüş əməliyyatları zamanı birbaşa xəsarət alıb. Onların tərkibində 231 quru qoşunu hərbçisi, 63 dənizçi, 33 hərbi pilot və 19 dəniz piyadası var.

Məlumata görə, yaralı hərbçilərin böyük hissəsi artıq xidmətə geri dönüb.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin əvvəlki açıqlamasına əsasən, İran tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatlarının hücumları nəticəsində əksər yaralanmalar qeydə alınıb.

Qeyd olunub ki, döyüşlər zamanı 13 ABŞ hərbçisi həlak olub: onlardan 6-sı Küveytdə, 1-i Səudiyyə Ərəbistanında, digərləri isə ABŞ tanker təyyarəsinin qəzasında həyatını itirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
14
redaktor.az

1Sources