ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ-ın birinci xanımı Melaniya Trampın aprelin 9-da Ağ Evdə mətbuat konfransı keçirməsi və pedofiliya, insan alverində ittiham olunaraq həbs edilən, 2019-cu ildə həbsxanada cəsədi tapılan amerikalı milyarder Cefri Epşteynlə bağlı iddilara verdiyi cavablar rezonans doğurub.
Globalinfo.az bildirir ki, Melaniya Epşteynlə iddia edildiyi kimi yaxın əlaqəsinin olmadığını bildirib.
Birinci xanım həmçinin Prezident Donald Trampla onu Epşteynin tanış etmədiyini, daha əvvəl qatıldıqları partilərdən bir-birilərini tanıdıqlarını söyləyib. Melaniya milyarderlə bağlı barəsində yayılan məlumatların həqiqəti əks etdirmədiyini, onun nüfuzuna xələl gətirilməsi üçün belə xəbərlərin yayıldığını deyib.
Bu açıqlamaların Donald Trampın Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı arasında yaşanan mübahisəni gündəmə gətirməsi və onu alçaltmağa çalışmasından sonra verilməsi diqqət çəkir.
Maraqlıdır ki, Makron hər nə qədər Trampın sözlərinə cavab verməkdən çəkinməyə və bu məsələnin qabardılmamasına çalışsa da, onun adından yayılan məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Trampla qalmaqaldan sonra 7-8 aprel tarixlərində misirli bir jurnalist Melaniya ilə Epşteynin çox səmimi olduğu bir fotonu yayaraq Fransa prezidentinin Trampa cavab kimi bunu paylaşdığını iddia edib. Guya Makron sözügedən fotonu sosial şəbəkə hesabında paylaşıb və ABŞ liderinə söz atıb. Foto sosial şəbəkələrdə sürətlə yayılıb və dünya gündəminə oturub.
Lakin Fransa mətbuatı prezidentin belə bir paylaşım etmədiyini, məlumatın saxta olduğunu yazaraq iddiaları təkzib edib. Daha sonra məlumatın saxta olduğu təsdiqlənib.
Ardınca 9 aprel tarixində isə Melaniya Tramp gözlənilmədən mətbuat konfransı keçirərək “Epşteyn işi”ndən danışıb. Melaniyanın bu açıqlamaları cinayət işi ilə bağlı müzakirələrin azaldığı, sənədlərin gündəmdən tədricən çıxmağa başladığı bir zamanda verməsi diqqət çəkib.
Makronun paylaşdığı iddia edilən görüntü
Ayşən Mustafa
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.