JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri yaxın günlərdə geomaqnit şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq ediblər.

Bu barədə KP.ru məlumat yayıb.

Yaxın günlərdə Yer kürəsini maqnit qasırğaları bürüyəcək – FOTO

Proqnoza əsasən, cümə günündən bazar gününə qədər, 10-12 aprel tarixlərində Yer kürəsində 90% ehtimalla maqnit qasırğaları və dalğalanmalar gözlənilir.

Buna səbəb Günəşdə qeydə alınan orta ölçüdə tac dəliyidir. Laboratoriya izah edib ki, Günəş strukturunun Yerə təsirinin ilk əlamətləri aprelin 10-da səhər saat 6-9 arasında (Bakı vaxtı ilə 7-10 arası) görünməli idi. Lakin alimlərin qeyd etdiyi kimi, hələ ki bu baş verməyib. (oxu.az)

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX