EN

Rusiya XİN: Kubanın enerji təhlükəsizliyi Moskva üçün prioritetdir

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Kubanın enerji təhlükəsizliyinin təmin edilməsi Moskva üçün prioritet olaraq qalır. O əlavə edib ki, Rusiyanın köməyi tək bir tanker neft göndərməklə məhdudlaşmayacaq.

Məlumatı “Kommersant” verib. 

Ryabkov deyib: “Adanın enerji təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Növbəti addımları müzakirə etmək üçün hələ tezdir. Hamıya məlumdur ki, biz adaya artıq “Anatoly Kolodkin” tankeri ilə gələn nefti çatdırmaqla məhdudlaşmırıq” .

Martın 30-da Nəqliyyat Nazirliyi 730.000 barel xam neft daşıyan Rusiya gəmisinin Kubaya çatdığını bildirib. Bu, üç ay ərzində Kubaya ilk göndəriş olub. ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin çatdırılmasına mane olmayacağını və tək bir tankerin məsələlərə əhəmiyyətli təsir göstərməyəcəyini bildirib.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
xalqqazeti.az

2Sources