EN

“Ukrayna “Patriot” sistemləri üçün yeni raketlər alıb” - Zelenski

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemləri üçün yeni raket partiyası alıb.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, bildirib ki, çatdırılma bu yaxınlarda baş tutub: “Tərəfdaşlarımız hazırda “Patriot”lar üçün raketləri çatdırır. Xüsusilə, bu yaxınlarda yeni partiya gəlib”.

Zelenski əlavə edib ki, Ukrayna hakimiyyəti hava hücumundan müdafiə ehtiyatlarını artırmaq üçün bütün tərəfdaşlarla işləməyə davam edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
8
herbiand.az

1Sources