EN

Razi Nurullayevdən VACİB ÇIXIŞ 

Deputat Razi Nurullayev Milli Məclisdə müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, süni intellektlə bağlı qanuna edilən dəyişikliklərlə bağlı mövqeyini və təkliflərini birinci oxunuşda açıq və geniş şəkildə bildirib:

“Həmçinin hörmətli Əli müəllim Hüseynli ilə bu məsələ ətrafında fikir mübadiləmiz olub. Layihənin vacibliyini və aktuallığını nəzərə alaraq, ona müsbət səs verirəm.

Bununla yanaşı, bir mühüm təklifimi diqqətinizə çatdırmaq istəyirəm. Xahiş edirəm, parlamentdə aidiyyəti şöbəyə və ya müvafiq komissiyalardan birinə göstəriş verilsin ki, qanunun tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılsın, qanunun icrası prosesində ortaya çıxan boşluqlar, açıq qalan məqamlar vaxtında müəyyən edilərək çevik şəkildə qanunvericilik səviyyəsində aradan qaldırılsın”.

Razi Nurullayev fikrini bu şəkildə əsaslandırıb:

“Çünki əsas məqsədimiz yalnız tənzimləmə və məhdudiyyət deyil. Elə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın, əksinə, onun yaradıcı və innovativ sahələrdə tətbiqini stimullaşdırsın”.

E.Paşasoy,
Musavat.com

Chosen
12
musavat.com

1Sources