EN

Bu futbolçu DÇ-2026-da oynamaq üçün vətəndaşlığını dəyişdi

BAKI, 10 aprel. TELEQRAF

"Budo/Qlimt" komandasının rusiyalı qapıçısı Nikita Haykin Norveç vətəndaşlığı alıb.

Teleqraf "Aftenposten"ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun bu addımı atmaqda məqsədi dünya çempionatına iştirak etməkdir.

Qapıçı buna qədər Rusiya, İsrail və İngiltərə vətəndaşlığına malik idi. Norveç milli komandasında oynamaq üçün Xaykin FIFA-dan icazə almalıdır. Norveç Futbol Assosiasiyası hazırda lazımi sənədləri hazırlayır.

Qeyd edək ki, Norveç milli komandası DÇ-2026-nın final mərhələsində Fransa, Seneqal və İraqla bir qrupda oynayacaq.

Chosen
5
teleqraf.com

1Sources