EN

UEFA "Barselona" - "Atletiko" oyununun hakimi barədə qərar verdi

UEFA "Barselona" - "Atletiko" (Madrid) oyununun hakimi İstvan Kovaçla bağlı daxili qərarını artıq verib.

Rumıniyalı referi Çempionlar Liqasının cari mövsümünün qalan hissəsində oyun idarə etməyəcək.

Avropada onun üçün qapılar bağlansa da, FİFA referini 2026-cı il Dünya Çempionatının hakim siyahısına daxil edib.

Qeyd edək ki, "Barselona" və "Atletiko" arasındakı ilk matç Madrid təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Chosen
1
2
musavat.com

3Sources