EN

Terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə sanksiyalar müəyyənləşdiriləcək. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinda öz əksini tapıb.

Qanun layihəsinə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıdakı abzasda nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
16
olaylar.az

10Sources